AZ

Şəmkirdə yol qəzasında 7 nəfər dünyasını dəyişdi

Şəmkirdə

Bakıdan Qazaxa hərəkət edən, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes-Benz Sprinter” markalı sərnişin mikroavtobusu Şəmkirdə KAMAZ markalı yük avtomobilinin qoşqusuna arxadan çırpılıb.Qəza nəticəsində 7 nəfər - Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Aydın Pənahov, Ağstafa rayon sakinləri 1992-ci təvəllüdlü Şadət Bayramov, 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva, 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva, 2008-ci il təvəllüdlü Kənan Məmmədov, 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova, 1966-cı il təvəllüdlü Arif Bağırov həyatını itirib.Ağstafa rayon sakinləri – 1995-ci il təvəllüdlü Məcid Qəribov, 2004-cü il təvəllüdlü Nərmin Əliyeva, 1969-cu il təvəllüdlü Kamran Məmmədov, Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Şahniyar Pənahova, Gürcüstan Respublikasının vətəndaşı 1970-ci il təvəllüdlü Bəkinaz Gözəlova Şəmkirdə xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Kamran Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.Ulusum.az

Diqqət Çəkənlər

Qəbələdə meşədə köməksiz qalan şəxs xilas edildi - VİDEO

ABŞ Hindistandan idxala əlavə 25 faiz rüsum tətbiq etdi

Tramp mümkün varisinin adını açıqladı

Seçilən
10
3
ulusum.az

4Mənbələr