ABŞ Azərbaycan qazını Ukraynaya nəql edən stansiyanın Rusiya tərəfindən hədəfə alınmasını qınayıb.
Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, ABŞ Dövlət Departamenti hücumları “qəbuledilməz” adlandırıb.
“Rusiya dərhal dayanmalıdır. Prezident Trampın sülhə bu qədər dəstək verməsinin səbəbi müharibənin yol açdığı insan itkisidir. Ölüm və dağıntılar dayandırılmalıdır”, – Dövlət Departamentindən bildirilib.
Son Yazılar:
- ABŞ Rusiyanın Azərbaycan qazını Ukraynaya nəql edən stansiyaya hücumunu pislədi
- BDYPİ 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yaydı
- “Hər şey yaxşı olacaq” – Bu gün onun ad günüdür
Qeyd edək ki, avqustun 6-da Rusiya Ukraynanın Odessa regionunda Qaz Nəqli Sistem Operatorunun stansiyasına hücum edib. Sözügedən stansiya Yunanıstanın maye qaz terminallarını Trans-Balkan boru xətti vasitəsilə Ukraynanın qaz ehtiyatı təsisatları ilə birləşdirən marşrutun bir hissəsidir. Hansı ki, ABŞ maye qazı və Azərbaycan qazı buradan təmin olunur.