AZ

ABŞ ın kommersiya neft ehtiyatları 424 mln. bareldən aşağı enib

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

ABŞ-da kommersiya neft ehtiyatları 3 029 min barel azalıb və 423 662 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 200 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-in neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
50
apa.az

10Mənbələr