AZ

Son ayların ən güclü maqnit qasırğası gözlənilir

Bakı. Trend:

8 avqustda son iki ayın ən güclü maqnit qasırğasıgözlənilir.

Trend xəbər verirki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlarİnstitutunun Günəş astronomiyası laboratoriyası və Sibir bölməsininGünəş Yer fizikası institutu məlumat yayıb.

“Son hesablamalara əsasən, 5 avqust tarixində baş vermiş M4.4səviyyəli güclü günəş alışmasından sonra atılan plazma kütləsininYerə çatma anı əvvəlki proqnozlarla müqayisədə daha güclü geomaqnittəsirlərə səbəb olacaq. Modellər göstərir ki, planetə yüksəksürətli plazma buludunun nüvəsi çata bilər və bu, Yer maqnitsahəsinə gözləniləndən daha güclü zərbə vuracaq”, – deyə məlumatdabildirilir.

Plazma axınının Yerə çatması 8 avqust Bakı vaxtı ilə saat07:00-da vaxtı gözlənilir. Lakin geomaqnit vəziyyətin pisləşməsiartıq cümə axşamından cümə gününə keçən gecə başlaya bilər. Çünkihəmin vaxt Yer daha bir iri tac dəliyinin təsir zonasına daxilolacaq.

Məqalədə:
Seçilən
9
az.trend.az

1Mənbələr