Operativ MM saytından verilən məlumata görə, ain.az xəbər verir.
Naməlum hakerlər ABŞ federal məhkəmələrinin elektron qeydiyyat sisteminə kiberhücum edərək, cinayət işləri və onların iştirakçıları haqqında məlumatların bir hissəsini oğurlayıblar.
"Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi məlumata görə, bu barədə “Politico” qəzeti ABŞ məhkəmə sistemindəki mənbələrə istinadən yazır.
Kiberhücum nəticəsində şahidlərin və informatorların şəxsi məlumatlarının ələ keçirilməsi ehtimal olunur. ABŞ Ədliyyə Nazirliyi federal məhkəmələrlə birlikdə bu hücumun nəticələrinin miqyasını müəyyən etməyə çalışır.
Sındırılmış elektron sistem iki komponentdən ibarətdir: proses iştirakçılarının baxılan işlərə aid rəqəmsallaşdırılmış sənədləri yükləmək üçün istifadə etdikləri platforma və bu məlumatlara məhdud giriş platforması. Sistemdə şahidlər və təqsirləndirilən şəxslər haqqında məlumatlarla yanaşı, həbs və axtarış orderləri haqqında məlumatlar da var.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.