AZ

Ölkənin kriminal statistikası...- DİN açıqlama yaydı

Avqustun 6-da ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Sitat.info-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
 Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Seçilən
70
33
sitat.info

10Mənbələr