AZ

7 ayda istehlakçılara 126 milyon manatdan çox ƏDV məbləği qaytarılıb

2025-ci ilin yanvar-iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdikləri tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılan həcmi 108 milyon 600,4 min manatdan çox olub.

Bu barədə Marja.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

2025-ci ilin 7 ayında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış  ƏDV-nin (“tax free”) məbləği 5 milyon 874 min manat təşkil edib.

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 17,7 mln. manatı vətəndaşlara qaytarılıb

Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilir.

2025-cü ilin yanvar – iyul aylarında yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 17 milyon 693,3 min manatdan çox təşkil edib.

Seçilən
75
8
marja.az

10Mənbələr