AZ

Şəmkirdə dəhşətli qəza: 7 nəfər öldü - FOTO

Ajans.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. *** Şəmkir rayonunda 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub. Məlumata görə, yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var: - M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini - N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini - K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini - Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini - B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb. Qeyd edək ki, ölənlərin də bir neçəsinin Ağstafa rayon sakini olduğu bildirilir. *** Şəmkirdə ağır qəzada ölənləri adları məlum olub. Məlumata görə, ölənlərin 4-ü kişi, 3-ü qadındır:
    - 1992-ci il təvəllüdlü Şadət Bayramov, - 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva, - 1977-ci il təvəllüdlü Aydın Pənahov, - 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva, - 2008-ci il təvəllüdlü Kənan Məmmədov, - 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova - 1966-ci il təvəllüdlü Arif Bağırov. *** Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə avqustun 7-də saat 05:00 radələrində 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib. 1975-ci il təvəllüdlü qadının müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970-ci il təvəllüdlü qadının və 1995-ci il təvəllüdlü kişinin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü kişi öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb. 2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub. Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.

    Seçilən
    54
    5
    Ajans.az

    10Mənbələr