AZ

Avropa çempionatının seçmə mərhələsi: Azərbaycan - Portuqaliya matçının tarixi açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya yığması ilə keçirəcəyi ilk tur oyununun başlama vaxtı müəyyənləşib.
 
Moderator.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamız sentyabrın 5-də Barselosda səfər matçına çıxacaq.
 
Barselos şəhər stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
 
Qeyd edək ki, U-21 millimiz Portuqaliya ilə matçdan dörd gün sonra Bolqarıstan seçməsini qəbul edəcək. "Liv Bona Dea Arena"da keçiriləcək bu oyun saat 18:00-da başlayacaq.
Seçilən
29
2
moderator.az

4Mənbələr