AZ

"Kəpəz"in sabiq futbolçusu "Zaqatala"da çıxış edəcək

"Kəpəz"dən ayrılan İlkin Qırtımov I Liqa təmsilçisi "Zaqatala"da çıxış edəcək.

Bu barədə "Report"a təcrübəli müdafiəçinin özü bildirib.

34 yaşlı müdafiəçi başqa klublardan təklif almasına baxmayaraq doğulduğu rayonun komandasına kömək etmək istədiyini söyləyib:

"Başqa klublara da gedə bilərdim. Amma "Zaqatala"da oynamağı özüm istədim. Doğma komandama bacardığım qədər kömək etmək fikrindəyəm. Karyeramı hələ bitimək niyyətində deyiləm".

Qeyd edək ki, İ.Qırtımov Gəncə təmsilçisinin heyətində 17 matçda meydana çıxıb.

Seçilən
49
4
report.az

5Mənbələr