AZ

Uşakov: Yaxın günlərdə Putin və Trampın görüşü baş tutacaq

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Trampın yaxın günlərdə görüşünün keçirilməsi barədə razılıq əldə olunub...

"Report"un yerli KİV-lərə istinadən məlumatına görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüşün keçirilməsi barədə razılıq əldə olunub. Tərəflər görüşün hazırlanmasına başlayıblar", - o qeyd edib.
Rusiya Prezidentinin köməkçisi bildirib ki, növbəti həftə iki prezidentin görüşü üçün təxmini vaxt kimi müəyyən edilib.

Y.Uşakovun sözlərinə görə, görüşün keçiriləcəyi yer də razılaşdırılıb, lakin bu bir qədər sonra elan ediləcək.
O əlavə edib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Putin, Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüş ideyasını qaldırıb, lakin Moskva buna şərh verməyib.

Poliqon.info

Seçilən
11
32
poliqon.info

10Mənbələr