Ajans.az Reuters-ə istinadən xəbər verir ki,Geng və Yang 2022-ci ilin oktyabrından 2025-ci ilin iyuluna qədər ABŞ Ticarət Departamentindən tələb olunan lisenziyasız Nvidia çipləri və digər texnologiyaları Çinə göndəriblər. Təhqiqat göstərib ki,çipləri əvvəlcə Sinqapur və Malayziyadakı vasitəçi şirkətlərə göndərib, oradan isə onlar Çinə ötürülüb. Agentlər bildiriblər ki, bu üsul qeyri-qanuni malların Çinə yönləndirilməsi üçün tez-tez istifadə olunur. ALX 2024-cü ilin yanvarında Çindəki bir şirkətdən 1 milyon dollarlıq ödəniş də alıb. Sənədlərə əsasən, ALX 2023-cü ilin avqustundan 2024-cü ilin iyuluna qədər San Xosedəki “Super Micro Computer” şirkətindən 200-dən çox Nvidia H100 çipi alıb və müştərilərin Sinqapur və Yaponiyada yerləşdiyini bəyan edib. Lakin ABŞ ixraca nəzarət rəsmiləri çiplərin göstərilən ünvana çatdırıldığını təsdiqləyə bilməyib və bəzi hallarda alıcı şirkətin qeyd edilən ünvanda mövcud olmadığı müəyyən edilib. Nvidia açıqlamasında bildirib ki, “bu hal qaçaqmalçılığın yeni olmadığını göstərir” və şirkətin məhsulları yalnız tanınmış tərəfdaşlara satdığı vurğulanıb. Şirkət yönləndirilmiş məhsullara texniki dəstək və yeniləmə xidmətləri göstərilmədiyini də əlavə edib. “Super Micro” isə ABŞ-ın ixrac nəzarət qaydalarına əməl etdiyini bildirib və istintaqla əməkdaşlıq etdiyini açıqlayıb. Ədliyyə Departamentinin məlumatına görə, Geng və Yang artıq Los-Ancelesdəki federal məhkəmə qarşısına çıxarılıb. Daimi yaşayış hüququ olan Geng 250 min dollarlıq girovla azadlığa buraxılıb. Viza müddətini keçmiş Yangın məhkəməsi isə avqustun 12-nə təyin olunub. Təqsirləndirilən şəxslərin vəkilləri şərh verməkdən imtina ediblər.