AZ

Ev telefonların aylıq abunə haqqı qalxıb

Ev

Sabit telefonlardan istifadəyə dair aylıq abunə haqqı qalxıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Qərara əsasən, Azərbaycanda ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan (məftilli və simsiz) istifadəyə dair aylıq abunə haqqı ƏDV daxil olmaqla əhali üçün 3,5 manat, qeyri-əhali üçün 7 manat təsdiqlənib.

Qərarda o da deyilir ki, ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan hər bir faks aparatından ölkə daxilində istifadəyə görə aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla 0,50 manat təsdiq olunub.
Seçilən
11
17
reyting.az

10Mənbələr