Bakı. Trend:
Avqustun 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitininyağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayimşimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 24-28 isti, gündüz 34-38 dərəcə istiolacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbirütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağışyağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər arabirduman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 41dərəcəyədək isti, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə istiolacaq.