"Feyenoord" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda "Fənərbağça"ya 2:1 hesabı ilə qalib gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Feyenoord"un baş məşqçisi Robin Van Persi oyundan sonra jurnalistlərə açıqlama verib:
"Düzgün başa düşdümsə, özümüzü cəhənnəmə hazırlamalıyıq. Kadıköydə bir çox matç oynadım və atmosfer möhtəşəm olacaq. Amma bizim stadionda həmişə eyni ab-hava hökm sürür. Bu matçdan çəkinməyəcəyik. Hələ heç nə qazanmamışıq, amma heç nə itirməmişik. Gələn həftə nə olacağını görəcəyik."
Fərid
MİA.AZ