Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-iyun ayılarında ölkədən 72 milyon ABŞ dolları dəyərində 63,9 min tondan çox ilkin formalarda etilen polimerləri ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 9,2 faiz və ya 61 milyon dollar, həcm baxımından isə 4,4 faiz və ya 2,6 min ton çoxdur.
Ümumilikdə cari ilin ilk altı ayında ölkədən dəyəri 1,55 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 16,9 faiz üstələyir. Hesabat dövründə etilen polimerləri ixracının xüsusi çəkisi 4,62 faizə bərabər olub.