AZ

Kartofun hazırlanma üsulu diabet riskinə təsir edə bilər ARAŞDIRMA

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 avqust, AZƏRTAC

Harvard Universitetində aparılan araşdırmaya görə, kartofun hazırlanma üsulu tip 2 diabet (T2D) riskinə təsir edə bilər.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, 30 ildən çox müddətdə 205 mindən çox insanın pəhrizləri izlənilib və məlum olub ki, kartof qızartması yeyənlərdə T2D riski 20 faiz yüksəkdir. Kartofun bişmiş, qaynadılmış və püre formaları isə bu risklə əlaqələndirilməyib.

Araşdırma göstərib ki, kartofun əvəzinə tam taxıllardan (çörək, makaron və s.) istifadə etmək diabet riskini azalda bilər. Məsələn, kartof qızartmasının tam taxıllarla əvəzlənməsi riski 19 faiz azaldır.

Tədqiqatçılar bildiriblər ki, kiçik pəhriz dəyişikliklərinin insanların sağlamlığına böyük təsir göstərməsi mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
8
azertag.az

9Mənbələr