AZ

Minsk qrupunun da buraxılması Vaşinqton görüşündən sonra ola bilər

"Əliyevlə Paşinyan arasında Vaşinqtonda danışıqlar Trampın qlobal sülhməramlı siyasəti çərçivəsində aparılacaq".

Yenisabah.az vedomosti-yə istinadla xəbər verir ki, bunu erməni politoloq Conni Melikyan deyib.

Onun sözlərinə görə, bu yolla o, həm də Qafqazda siyasi xallar qazana bilər, həm də sonradan özünün Nobel Sülh Mükafatını almaq şansını artıracaq. pizza

Cənubi Qafqazda hərbi təhlükəsizlik üzrə ekspert Niyazi Niyazov bildirib ki, danışıqlar zamanı tərəflər, ilk olaraq, Zəngəzur dəhlizi məsələsini, o cümlədən Amerikanın özəl operatorla bağlı təkliflərini müzakirə edəcəklər. Onun fikrincə, belə bir variant Ermənistan üçün problemin ən yaxşı həlli olardı. 

"Azərbaycan tərəfi üçün bu marşrutun necə və kim tərəfindən idarə olunmasının, təhlükəsizliyinin təmin olunmasının heç bir fərqi yoxdur. Əsas odur ki, Azərbaycan mallarının və insanların Naxçıvana maneəsiz çıxışı təmin olunsun", - ekspert qeyd edir.

"Moskva Cənubi Qafqazda eksklüziv oyunçu və Ermənistan-Azərbaycan danışıqlarında əsas moderator olmaqdan çıxsa da, regiondakı maraqlarını qoruyub saxlayır, - digər ekspert Melikyan mövzunu davam etdirib. - Əvvəlcə Moskvanın vasitəçilik xidmətlərindən imtina edən, hazırda gücləndirilmiş geosiyasi mövqeyini və enerji bazarındakı təsirini amerikalılara satmağa çalışan Bakının siyasəti, şübhəsiz ki, Rusiyanın regiondakı mövqeyinin pisləşməsində rol oynayıb”.

Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyanın fikrincə, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Rusiyanın Cənubi Qafqazda təsiri sürətlə azalmağa başlayıb. "O vaxtdan bəri Bakı öz siyasətində getdikcə daha çox Ankaraya, bir qədər də Londona, İrəvan isə Brüssel, Paris və Vaşinqtona diqqət yetirir".

Niyazovun fikrincə, xarici oyunçuların artan marağı fonunda öz iqtisadiyyatını regionun həyatına sıx inteqrasiya etmək siyasətini davam etdirdikcə, Cənubi Qafqazda Rusiya amilinin əhəmiyyəti itməyəcək. Danışıqlardan sonra dövlət başçıları Bakı və İrəvan arasında 1990-cı illərin əvvəllərindən himayəsi altında Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparan ATƏT-in Minsk qrupunun da buraxılmasını elan edə bilərlər.


Telegram kanalımız
Seçilən
35
50
yenisabah.az

10Mənbələr