Fransada meşə yanğını Parisdən daha böyük ərazini məhv edib
7NEWS.az xəbər verir ki, Fransanın cənubunda, İspaniya sərhədinə yaxın Aude bölgəsində baş verən güclü yanğın 39,5 min hektardan çox meşəlik və kənd ərazisini yandırıb. Yanğın indiyədək bir nəfərin ölümünə, ən azı 13 nəfərin yaralanmasına, üç nəfərin itkin düşməsinə səbəb olub.