Xamzat Çimaev 2026-cı ildə Ağ Evdə keçiriləcək UFC-də döyüşüb-döyüşməyəcəyi barədə sualı cavablandırıb. 

Offsideplus.az xəbər verir ki, Rusiyanı təmsil edən çeçen döyüşçü ironiyalı cavab verib:

"Qardaşım, mənim üzümə bax. Məni Ağ Evə buraxacaqlarını düşünmürəm". 

Qeyd edək ki, 2026-cı ildə ABŞ-nin 250 illik yubileyi olacaq. Bununla əlaqədar Donald Tramp UFC döyüş gecəsinin Ağ Evdə keçirilməsini təklif edib. Bir çox ulduzlar, həmçinin 2021-ci ildən oktaqona çıxmayan Konor Makqreqor bu tədbirdə iştirak etmək istəyir.