AZ

Erməni revanşistləri Vaşinqton görüşü haqda nə yazır?

Hərbi canilərə məxsus revanşist erməni KİV-ləri Əliyevlə Paşinyan arasında ABŞ-da gözlənilən görüşdən narazılıqlarını bildirərək, memorandumun imzalanmasının ölkənin milli maraqlarına zidd olduğunu təbliğ etməyə başlayıblar. “Alpha News”un baş redaktoru Tiqran Köçəryanın açıqlaması:

Paşinyan və Əliyev tərəfindən Vaşinqtonda mümkün sülh memorandumunun imzalanması erməni milli maraqlarına zidd olacaq.

Paşinyana lazım olan yeganə şey Ermənistan əhalisinə satmaq və onunla seçkilərə getmək üçün içində “sülh” sözü olan bir parça kağızdır. Danışıqlarda Paşinyan üçün şəxsi zəmanət onun qeyri-müəyyən müddətə hakimiyyətdə qalmasıdır. Hər kəs anlayır ki, bu “sülh” həqiqi sülhün bərqərar olmasından daha çox növbəti kapitulyasiyaya bənzəyəcək.

“Sülh”ün bərqərar olması İran və Rusiyanın da maraqlarını pozacaq. Amerikanın silahlı Özəl Hərbi Kompaniyası İranın şimalında olan yolu bağlayacaq. Ermənistanın özü də müxtəlif geosiyasi mərkəzlərin nəzarətində keçəcək ki, bu da son nəticədə Ermənistanın “suriyalaşmasına” gətirib çıxara bilər.

Amma Türkiyə, Azərbaycan və ABŞ üçün bu, kifayət qədər məqbul variantdır”.

Seçilən
42
anspress.com

1Mənbələr