AZ

Şahdəniz qazını nəql edən boru kəmərinin ötürücülük gücü azalıb

2025-ci ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac üçün gündəlik orta ötürücülük gücü 62,4 milyon kubmetr olmuşdur.

Marja.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 milyon kubmetr azdır. 

2024-cü ilin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 milyon kubmetr,  2024-cü il ərzində isə 62,8 milyon kubmetr olmuşdu.

2025-ci ilin birinci yarısında CQBK-nin əməliyyat xərcləri təqribən 36 milyon dollar, əsaslı xərclər isə təxminən 12 milyon dollar olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NİKO (10,00%).

Seçilən
95
8
marja.az

10Mənbələr