AZ

Sabahın hava proqnozu açıqlanıb

Avqustun 8-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 24-28, gündüz 34-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 29-30, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 30-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək, dağlarda gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər duman olacaq. Şərq küləyi saniyədə 5-10, arabir 15-17 metr olacaq. Havanın temperaturunun gecə 17-22, gündüz 28-33, bəzi yerlərdə 36 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 28-33, bəzi yerlərdə 36 dərəcəyədək isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı şərq rayonlarında qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 32-37, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz 33-38, dağlarda gecə 21-23, gündüz 28-32 dərəcə isti olacaq.

 

Seçilən
26
39
ekologiya.az

10Mənbələr