AZ

Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər LƏĞV EDİLİR

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Təmir işləri ilə əlaqədar Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb.

Bildirilir ki, Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 avqust 2025-ci il tarixində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.

Belə ki, saat 17:47-də Bakı-Xırdalan, 17:50-də Sumqayıt-Bakı (Xırdalan istiqaməti ilə), 18:10-da Bakı-Sumqayıt (ekspres), 18:20-də Xırdalan-Bakı, 19:02-də Sumqayıt-Bakı (ekspres) və 19:27-də Sumqayıt-Bakı (Xırdalan istiqaməti ilə) reysləri ləğv olunur.

Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər.

Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
74
49
oxu.az

10Mənbələr