AZ

Neftçi Momoya neçə illik müqavilə təklif edib?

Idman.biz saytına istinadən ain.az xəbər verir.

"Neftçi"nin heyətinə qatmaq istədiyi yarımmüdafiəçi Məhəmməd Lamin Sackoya neçə illik müqavilə təklif etdiyi məlum olub.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" Portuqaliya təmsilçisi "Vilaverdense"dən ayrılan və hazırda azad agent olan oyunçu ilə 2 illik müqavilə imzalamaq niyyətindədir.

Hazırda tərəflər arasında oyunçunun maaşı ilə bağlı danışıqlar aparılır. Oyunçu ilə "Neftçi"dən başqa bir neçə klub da maraqlanır.

Qeyd edək ki, Momo ləqəbi ilə tanına 23 yaşlı oyunçunun transfermarktda bazar dəyəri 150 min avrodur.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
1
icma.az

2Mənbələr