AZ

Qatarla gedib gələnlərin nəzərinə!

Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb. 

Bildirilib ki, saat 17:47-də Bakı–Xırdalan, 17:50-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə), 18:10-da Bakı–Sumqayıt (ekspres), 18:20-də Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Bakı (ekspres) və 19:27-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə) reysləri ləğv olunur: "Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
85
10
azxeber.com

10Mənbələr