AZ

Saxta sənədlə pensiya alanlar vəsaiti geri ödəyəcəklər AÇIQLAMA

ain.az bildirir, Demokrat.az portalına istinadən.

"Yanlış şəkildə verilmiş pensiya həmin şəxsdən geri tələb olunur. Əgər bu məbləğ geri qaytarılmırsa, o zaman məhkəmə qaydasında geri alınması tələb oluna bilər".Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Emil Aslanov deyib. O bildirib ki, bundan əlavə, əgər saxta sənəddən istifadə olunubsa, bu da cinayət tərkibi yaradır:"Əgər şəxs saxta sənədi hazırlayıb və ondan istifadə edibsə, bu halda Cinayət Məcəlləsinin 320-ci maddəsinə uyğun olaraq cinayət işi qaldırıla bilər.Bu hallarda vətəndaşdan alınan vəsaitin tamamı tələb olunur. Lakin əgər vətəndaş bu məbləği bir dəfəyə ödəyə bilmirsə, təbii ki, Dövlət Sosial Müdafiə Fondu həmin məbləğin aylara bölünərək ödənilməsini də təmin edə bilər".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
1
demokrat.az

2Mənbələr