AZ

Ötən il 15, bu il 5 manata... – Azərbaycan pomidorunun problemi nədir?

“Hətta qış mövsümündə Azərbaycan pomidoru Rusiyada Azərbaycanla müqayisədə 2 dəfə ucuz qiymətə satılır. Azərbaycan daha keyfiyyətli pomidoru Rusiyaya ixrac edir. Xüsusən, Moskva şəhərinə. Bakıda pomidorun kilosu 5, 6 manata satılanda Moskvada ən yüksək qiymət 3 manat 20 qəpik olub”.

Bu sözləri "Yeni Sabah"a açıqlamasında aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyib.

O bildirib ki, Azərbaycanda pomidorun qiyməti stabil diapazonda dəyişmir: Pepperoni pizza

“Bir də görürük ki, qiymət kəskin qalxır və qəfil düşür. Bu ondan xəbər verir ki, pomidora olan yerli tələbat davamlı təmin edilmir. Bu, il boyu belədir. Amma il boyu pomidora olan tələbatı ödəmək mümkündürmü? Əlbəttə.

Azərbaycanda həm örtülü təsərrüfatlarda, həm də açıq təsərrüfatlarda pomidor istehsal olunur. Torpaq və iqlim şəraiti imkan verir ki, daha ucuz başa gələn, rəqabətqabiliyyətli tərəvəz istehsal edək. Türkiyə ilə müqayisədə daha ucuz pomidor istehsal edə bilərik. Bu il də onu gördük ki, məhsul həqiqətən boldur.

Qışda birdən-birə pomidorun qiyməti 6, 7 hətta 10 manata qalxır. Bəzi sortlar isə daxili bazarda 10 manatdan daha baha qiymətə təklif olunur. Dəfələrlə bu araşdırmanı aparmışıq.

Hətta qış mövsümündə Azərbaycan pomidoru Rusiyada Azərbaycanla müqayisədə 2 dəfə ucuz qiymətə satılır. Azərbaycan daha keyfiyyətli pomidoru Rusiyaya ixrac edir. Xüsusən, Moskva şəhərinə. Bakıda pomidorun kilosu 5, 6 manata satılanda Moskvada ən yüksək qiymət 3 manat 20 qəpik olub.

Gəlin əvvəlcə özümüzün bu məhsula olan tələbatımızı daxili istehsal hesabına tam ödəyə bilək. Bu gün bazar axtarışında olsaq, yanlışlığa yol verərik. Çünki bazarda vəziyyət dəyişir. İndi örtülü təsərrüfatlarda daha çox tərəvəz yetişdirilir”. 

Ekspert vurğulayıb ki, Azərbaycanın il boyu həm tər pomidora, həm də emal yolu ilə ondan alınan məhsullara ehtiyacı var:

“Bu gün Azərbaycanın istehsal etdiyi pomidor Rusiya bazarına çıxmır ona görə yox ki, məhdudiyyət var. Məhdudiyyət yoxdur. Ona görə ki, artıq son ayda Rusiya özü istehsal etdiyi pomidoru bazarına çıxarır. Ruslar daha çox özlərinin istehsal etdikləri məhsula üstünlük verirlər.

Onu da deyim ki, Rusiyanın həm örtülü, həm də açıq təsərrüfatda yetişdirdiyi pomidor Azərbaycanın istehsal etdiyi pomidordan təxminən 50 faiz baha qiymətə satılır. Yəni gəlin problemi axtarıb tapaq. Problem istehsal etdiyimiz məhsulun keyfiyyətinin aşağı olmasındadır.

Mən Xaçmazda istehsal olunan pomidora baxmışam. Son vaxtlar Azərbaycana elə pomidor sortları yetişdirilir ki, onu uzun müddət saxlamaq mümkün olur, amma emal edib uzun müddət saxlamaq əlverişli olmur. Bizim sahibkarlar elə sortlar yetişdirməlidir ki, istehlakçılar onu qışa saxlaya bilsin”.

Qeyd edək ki, xaçmazlı fermerlər becərdikəri pomidoru sata bilmədiklərindən şikayətlənir. Buna səbəb qiymətlərin kəskin şəkildə aşağı düşməsidir. Təsərrüfat sahibləri bildirir ki, ötən illə müqayisədə hazırkı qiymətlər onları qane etmir. Ötən il yeşiyi 15 manata olan pamidorun hazırkı qiyməti 5-6 manat arasında dəyişir.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
42
15
yenisabah.az

10Mənbələr