ain.az, Sherg.az portalına istinadən məlumat yayır.
Ərdoğan Tramp və Putinin İstanbulda görüşməsi üçün ciddi səylər göstərir
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin prezidenti Donald Tramp arasında görüşün yeri razılaşdırılıb. Bu məlumat beynəlxalq ictimaiyyətin diqqətini yenidən Rusiya-Ukrayna müharibəsinə və bu istiqamətdə mümkün diplomatik təşəbbüslərə yönəldib.
Türkiyəli xarici siyasət üzrə ekspert Aydın Sezer Sherg.az-a mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"Əgər bu görüş gələn həftə və ya yaxın zamanda baş tutsa, Ukrayna ilə bağlı sülh prosesinin sürətlənəcəyi gözlənilə bilər. Digər tərəfdən Tramp və Putin arasında birbaşa təmasın baş verməsi mühüm hadisə olacaq. Bununla belə Rusiya işğal etdiyi ərazilərdən geri çəkilməyəcəyini açıq şəkildə bəyan edib. Eyni zamanda Ukrayna və Prezident Zelenski bu ərazilərin azad edilməsində israrlıdır. Bu səbəbdən danışıqların ilk raundundan dərhal nəticə gözləmək real olmazdı. Nəticə olsa belə bu bir növ möcüzə sayılardı. Buna baxmayaraq liderlər arasında birbaşa görüşün başlanması Ukraynada sülh prosesinin başlanğıcı və mühüm mərhələsi kimi qiymətləndirilə bilər. Görüş zamanı Ukrayna məsələsindən əlavə ABŞ və Rusiya arasında münasibətlərin normallaşdırılması, əvvəlki səviyyəyə qaytarılması kimi mövzuların da müzakirə olunacağı gözlənilir. Bu həm Rusiya, həm də ABŞ üçün strateji əhəmiyyət daşıyır. Müəyyən müsbət irəliləyişlərin olacağına inanmaq üçün əsaslar var".
Ekspert Türkiyə və Prezident Ərdoğanın da bu prosesdə mühüm rolu olduğunu bildirib:
"Ərdoğan Tramp və Putinin İstanbulda görüşməsi üçün ciddi səylər göstərir, İstanbulun "sülh və konfranslar şəhəri" olduğunu vurğulayır. Əgər bu görüş Körfəz ölkələrindən birində baş tutarsa, Ərdoğan ciddi məyusluq yaşaya bilər".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.