AZ

Bakıda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

9-10 avqust tarixlərində Bakıda “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada ümumilikdə 20 rayondan 25-ə yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Seçilən
3
5
vergiler.az

10Mənbələr