AZ

Yeni virus sürətlə yayılır: qapanma BAŞLAYIR

Çində COVID-19-a qarşı tətbiq olunan genişmiqyaslı məhdudiyyətlər yenidən bərpa olunur..

"Bakuinfo" xarici mediaya istinadən xəbər verir ki, Quandun əyalətinin səlahiyyətliləri COVID-19 pandemiyası zamanı tətbiq olunan sanitar tədbirləri qismən bərpa ediblər.

Bu yolla əhalini çikunqunya virusundan qorumaq hədəflənib.

***

Çinin Quanqdonq əyalətində son həftələrdə ağcaqanadlar vasitəsilə ötürülən çikunqunya virusuna 7 mindən çox yoluxma qeydə alınıb.

Publika.az yerli mətbuata istinadla xəbər verir ki, səlahiyyətlilər yoluxmuş şəxsləri xəstəxanalarda təcrid edir və testlər keçirir.

Eyni zamanda ağcaqanadların çoxluq təşkil etdiyi durğun su sahələri yoxlanır, park və küçələrə insektisidlər səpilir. Bioloji mübarizə tədbirləri çərçivəsində ağcaqanad yeyən balıqlar və “fil ağcaqanadları” da təbiətə buraxılıb.

Qeyd edək ki, çikunqunya virusunun simptomları adətən 4-8 gün ərzində özünü göstərir. Simptomlara yüksək hərarət, şiddətli oynaq, əzələ, baş ağrısı, ürəkbulanma və səpgi daxildir.

Seçilən
37
1
bakuinfo.net

2Mənbələr