AZ

İlin ən yaxşı futbol klubu mükafatına namizədlər açıqlanıb

“France Football” nəşri 2025-ci ilin ən yaxşı kişi futbol klubu mükafatına namizədləri açıqlayıb.

Trend xəbər verir ki, siyahıda 5 komanda yer alıb.

Bunlar “Barselona” (İspaniya), “Botafoqo” (Braziliya), “Çelsi” (İngiltərə), “Liverpul” (İngiltərə) və PSJ-dir (Fransa).

Qalib komandanın adı sentyabrın 22-də Fransanın paytaxtı Parisdə keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.

Qeyd edək ki, bu mükafata son olaraq İspaniyanın “Real Madrid” klubu sahib çıxıb.
Seçilən
68
6
sherg.az

7Mənbələr