"Mançester Yunayted" klubu növbəti transferini rəsmiləşdirmək üzrədir.
Offsideplus.az xəbər verir ki, söhbət 22 yaşlı hücumçu Benjamin Şeşkodan gedir.
"Qırmızı şeytanlar" futbolçunun transferi üçün "Nyukasl Yunayted" klubunu qabaqladı. "Leipziq" klubuna 76.5 milyon avro ödəniləcək, müqavilədə 8.5 milyon avroluq bonuslar da yer alacaq.
Qeyd edək ki, futbolçu "Leipziq"də 87 oyuna 39 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta