AZ

ABŞ kəşfiyyatçısı Çinin gizli Ukrayna planını açıqladı

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Çin Rusiya-Ukrayna mübaribəsi vasitəsilə ABŞ-nin mümkün qədər zəiflətmək istəyir".

Teleqraf xəbər verir ki, bu fikirlər ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rebekka Kofflerin “The Telegraph” qəzetindəki məqaləsində yer alıb.

Vurğulanıb ki, rəsmi Pekin bu yolla həm də Rusiyanın zəifləyəcəyinə ümid edir:

"Pekinin məntiqini bir Çin atalar sözü ilə göstərmək olar: “İki pələng vadidə şiddətlə vuruşarkən, müdrik meymun dağın başında oturub, aşağı baxır və döyüşün bitməsini gözləyir". Çin ABŞ-nin hərbi potensialını zəiflətmək üçün Rusiya ilə iqtisadi və texnoloji sahədə əməkdaşlıq edir. Rəsmi Pekin Tayvanla münaqişə fonunda ABŞ-nin silah ehtiyatının maksimum dərəcədə azalmasını istəyir. Həmçinin Si Cinpin Rusiya-Ukrayna müharibəsinin üzanmasında maraqlıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
7
sherg.az

8Mənbələr