AZ

Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun mütləfiqləri olacaq Deputat

ain.az, Azxeber.com saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev prezident Donald Trampın dəvəti ilə ABŞ-yə rəsmi səfərə gedib.

Prezidentin ABŞ səfərini dəyərləndirən Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında bu görüşün tarixi görüşə çevriləcəyini deyib:

"ABŞ-də keçiriləcək görüş bütün əlamətlərinə görə tarixi bir görüşə çevriləcəkdir. Görünür, burada bir neçə məsələ kompleks şəklində öz həllini tapacaq. Vaxtı ilə həllini tapmayan kommunikasiyaların açılması məsələsinin artıq razılaşdırılması mümkün görünür. Bununla yanaşı bu görüşdə vaxtıilə həllini tapmayan sülh məsələsinin mümkün həlli gözləndirilir".

Hikmət Babaoğlu həmçinin bu görüşün ikitərəfli münasibətlərdə soyuqluq probleminin də aradan qaldırılmasının gözlənildiyini deyib:

"Görüş zamanı Bayden Administrasiyası dönəmindən qalan ABŞ-Azərbaycan ikitərəfli məhəsbətlərində soyuqluq probleminin aradan qaldırılması gözləndirilir ki, bunların hər biri həm Azərbaycan, həm də bütün regionumuz üçün həlledicidir. Ona görə də mənə elə gəlir ki, üçüncü aspektdə buna əlavə eləmək lazımdır ki, bu da xüsusi əhəmiyyət kəsb edir. Bu ondan ibarətdir ki, son 200 ildə Cənubi Qqafqazda imperativ təsir rıçakları olan regional aktorlar artıq bu mexanizmdən mərhum ediləcəklər. Beləliklə, regionda güc balansı tamamilə yeni bir mərhələyə qədəm qoyacaq. Bütün bunlar gözümüzün qabağında baş verən tarixi hadisələr olacaqdır və ümid edirəm ki, bu baş tutacaqdır. Təxminimiz doğru çıxsa, burada ən çox qazanan heç şübhəsiz ki, Azərbaycan və Azərbaycanın mütləfiqləri olacaq".

Günel Hüseynli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
1
azxeber.com

2Mənbələr