AZ

Bu birliyin aktiv statusu LƏĞV EDİLDİ

Azərbaycan Ticarət və Sənaye Palatası nəzdində fəaliyyət göstərən “Azərekspertiza” Birliyi özünün Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) tərəfindən rəsmi internet portalında “fəaliyyəti dayandırılmış qiymətləndiricilər” bölməsinə daxil edilməsindən narazıdır.

“Azərekspertiza”dan Publika.az-a bildirilib ki, Birlik uzun illərdir qiymətləndirmə sahəsində peşəkar fəaliyyət göstərir və burada çalışan əməkdaşların bir çoxu 10 ildən artıq təcrübəyə malikdir.

“Azərekspertiza” hesab edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən, AQP-nin qiymətləndirici təşkilatlara qarşı fəaliyyətə xitam verilməsi və ya digər sanksiyaların tətbiqi səlahiyyəti yoxdur: “Palatanın bu addımı hüquqi çərçivələri aşmaqla yanaşı, ümumi ictimai inama və iqtisadi münasibətlərə də mənfi təsir göstərir. Qiymətləndiricilər Palatası kimi institutların funksiyası tənzimləyici və dəstəkləyici olmaqdır. Mövcud vəziyyətlə bağlı hüquqlarımızı qorumaq məqsədilə qanunvericiliyin verdiyi bütün imkanlardan, o cümlədən məhkəmə müstəvisindən istifadə ediləcək”.

Bu mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Palatasından “Report”a bildirib ki, “Azərekspertiza” Birliyi hazırda Palatanın rəsmi elektron reyestrində “fəaliyyəti dayandırılmış qiymətləndirici təşkilat” kimi qeyd olunmasının səbəbi Birliyin sənədlərində hüquqi uyğunsuzluqların mövcudluğudur.

Palata qeyd edib ki, yeni elektron reyestr sisteminin qurulması prosesində bütün üzv təşkilatlardan təsis sənədləri, çıxarış və nizamnamələrinin təqdim olunması tələb edilib. Bu proses zamanı “Azərekspertiza” Birliyinin nizamnaməsinin hələ də kiril qrafikası ilə olduğu müəyyən edilib. Halbuki, qanunvericiliyə əsasən, rəsmi sənədlər yalnız latın qrafikalı Azərbaycan əlifbasında hazırlanmalıdır.

Seçilən
15
9
publika.az

10Mənbələr