AZ

“Araz-Naxçıvan” uduzur - Yenilənir

“Sabah” və “Araz-Naxçıvan” bu gün UEFA Konfrans Liqasında növbəti oyunlarına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, “Sabah” turnirin 3-cü raundunda Bolqarıstanın “Levski” (Sofiya), “Araz-Naxçıvan” isə Kiprin “Omoniya” komandası ilə mübarizə aparacaq.

Paytaxt klubu ilk oyunu səfərdə keçirəcək. Bu görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Naxçıvan təmsilçisi isə “Omoniya” ilə ilk sınağına doğma meydanda çıxacaq. Bu komandaların ilk oyununda Çexiyadan olan hakimlər söz sahibi olacaqlar.

Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

Konfrans Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
7 avqust

20:00. Araz-Naxçıvan – Omoniya
Baş hakim: Andrey Berka (Çexiya)
“Dalğa Arena”.

22:00. Levski – Sabah
Baş hakim: Duye Strukan (Xorvatiya)
“Georgi Asparuxov” stadionu.

***

Komandalar oyunda aşağıdakı heyətlə çıxış edəcək:

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 77. Bruno Aleksandre, 3. Bəxtiyar Həsənalızadə, 17. İssuf Paro, 34. Ürfan Abbasov (k), 6. Patrik Andrade, 29. Vanderson Melo, 70. Şarl Boli, 10. Felipe Santos, 19. Bar Kohen, 11. Ba-Muaka Simakala

Baş məşqçi: Elmar Baxşıyev

“Omoniya”: 40. Fabiano, 3. Fotios Kitsos, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Stefan Yovetiç, 11. Evandro, 14. Mateo Mariç, 21. İonnis Masuras, 30. Nikolas Panaqiotu, 31. İonnis Kussulos, 75. Laizos Laizu

Baş məşqçi: Henninq Berq

***

Matç başladı.

***

13-cü dəqiqədə Lozios fərqləndi

***

Lozios 22-ci dəqiqədə dubl edir

Seçilən
9
1
qafqazinfo.az

7Mənbələr