AZ

Ter Ştegen “Barselona”nın kapitan sarğısından məhrum edildi

“Barselona”nın 33 yaşlı alman əsas qapıçısı və kapitanı Mark-Andre ter Ştegen “blauqrana”nın kapitan sarğısından məhrum edilib.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Barselona” rəhbərliyini müvafiq addıma, Ter Ştegenin zədəsi ilə bağlı, İspaniya La Liqasının tibbi komissiyasına təqdim edilmək üçün yekun rəyi imzalamaması sövq edib. “Barselona” rəhəbərliyinin qərarının intizam xüsusiyyətli olduğu vurğulanır. Rəhbərlik hesab edir ki, bu halda Ter Ştegen “Barselona”nın siması olaraq qala bilməz.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının məzunudur. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyul ayında 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Ter Ştegen “blauqrana” üçün 9 oyun keçirib, 11 qol buraxıb, 1 oyunda “çərçivə”sini qoldan qoruya bilib.

Alman qapıçının “Barselona”dakı çıxışının ümumi mənzərəsi 422 oyun, 416 buraxılmış qol və 175 “quru” oyundan ibarətdir.

Ter Ştegen “Barselona” ilə 6 dəfə İspaniya La Liqasının, 6 dəfə İspaniya Kral Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Mark-Andre Ter Ştegen 2012-ci ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 44 oyuna 54 qol buraxıb, 13 “quru” oyun keçirib. Qapıçı Almaniya yığması ilə 2017-ci Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı alman qapıçının transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
85
50
arena.az

10Mənbələr