AZ

Sabahdan isti hava dalğası zəifləyəcək

Uzun müddət davam edən isti hava dalğasından sonra avqustun 8-i axşamdan şimal-qərb küləyinin arabir güclənəcəyi, 12-dək davam edəcəyi gözlənilir.

 

Bu barədə Senzor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, həftəsonu gələn həftənin ilk günlərində havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enəcək. 

 

Küləyinin güclənməsi ilə əlaqədar Abşeron çimərliklərində istirahət edən əhalinin ehtiyatlı olması tövsiyə olunur.

 

Dəniz suyunun temperaturu avqustun 9-10-11-də 27-29° isti olacaq.

Seçilən
52
49
senzor.az

10Mənbələr