Gəncə şəhər stadionunda bədbəxt hadisə baş verib.
Redaktor.az xəbər verir ki, tikintisi aparılan mərkəzi stadionda ölüm faktı qeydə alınıb.
Belə ki, orada çalışan 1973-cü il təvəllüdlü Samir Əliyev vəfat edib.
İlkin məlumata görə, adıçəkilən şəxsin anidən səhəti pisləşib və o dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Baş Prokurorluğunda araşdırma başlanılıb.
Qeyd edək ki, iyun ayının 28-də Gəncə şəhər stadionunun tikintisində işləyən Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi 1975-ci il təvəllüdlü Şahin Talıbov da iş başında qəflətən vəfat edib.