Kanalizasiya xətti qırıldığı üçün həyətdə çöküntü yaranıb.
Xezerxeber.az xəbər verir ki, görüntülər Xətai rayonu, Ramiz Quliyev küçəsindəndir.
Buradakı fərdi evin sakini deyir ki, kanalizasiya xətti qırılıb. Nəticədə də ərazidə çöküntü yaranıb. Eyni zamanda, çökəklik yaranan hissədə torpaq sürüşməsi ehtimalı da var.
Vətəndaş bildirir ki, problem aidiyyəti qurumlara dəfələrlə bildirilsə də, hələ də heç bir tədbir görülməyib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidməti ilə əlaqə saxladıq.
Qurumdən “Xəzər Xəbər”ə bildirildi ki, qeyd olunan ünvanda sakinin həyəti kanalizasiya xəttinin üzərində yerləşir. Xətdə qəza baş verib. Sakinlə danışılıb, razılaşdırılıb və yaxın müddətdə həmin xətt təmir olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.