AZ

BMT baş katibi Sabahkı Vaşinqton görüşünü alqışlayır - Açıqlama

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında sabah Vaşinqtonda keçiriləcək üçtərəfli görüşə münasibət bildirib.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq məlumat verib.

Onun sözlərinə görə, BMT Ermənistanla Azərbaycan arasında münasibətlərin tam normallaşması istiqamətində istənilən irəliləyişi həmişə dəstəkləyib və təşviq edib.

"Xüsusən də mart ayında iki ölkə arasında sülh sazişi layihəsinin razılaşdırılması istiqamətində atılan addımlar bu baxımdan çox əhəmiyyətli idi. Baş katib Quterreş Ermənistan və Azərbaycan liderlərinin Prezident Donald Trampla sabahkı görüşünü alqışlayır" - Fərhan Haq vurğulayıb.

Elcan

Missiya.Az

Seçilən
19
2
missiya.az

10Mənbələr