AZ

Tramp Azərbaycan və Ermənistan arasında sülh sazişini elan etməyə hazırlaşır – CBS News

  ABŞ Prezidenti Donald Tramp bu cümə günü Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişini elan etməyi planlaşdırır.

Referans xəbər verir ki, bu barədə “CBS News” məsələ ilə tanış mənbələrə istinadla xəbər yayıb.

Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tədbir çərçivəsində Oval kabinetdə və Dövlət Yeməkxanasında keçiriləcək mərasimlərdə iştirak edəcəklər.

Sülh sazişi ABŞ rəsmilərinin Cənubi Qafqazda diplomatik fəallığını artırdığı, enerji istehsalı və tranzit sahələrində strateji əlaqələri dərinləşdirməyə çalışdığı dövrə təsadüf edir.

CBS-nin əldə etdiyi məlumata əsasən, Ermənistan tərəfi,Qərblə əlaqəni təmin etmək məqsədilə 43 kilometrlik yeni tranzit yolunun – “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nun ABŞ-ın inkişaf hüquqları ilə həyata keçirilməsini elan etməyə hazırlaşır.

Mənbələr qeyd edir ki, ABŞ rəsmiləri bir neçə aydır Azərbaycan-Ermənistan müqaviləsi üzərində intensiv işləyirlər./Globalinfo.az   

Seçilən
11
referans.az

1Mənbələr