AZ

Maksim Qalkini maşın vurdu

BAKI, 8 avqust. TELEQRAF

Məşhur şoumen Maksim Qalkin Latviyada yol qəzasına düşüb.

Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir, velosiped sürərkən qəflətən köhnə avtomobil yan tərəfdən ona çırpılıb.

Qəza törədən qadın sürücü olub. Toqquşma nəticəsində aktyor əlini şüşə qırıqları kəsib. Nəticədə şoumen son konsertində səhnəyə əli sarğılı çıxıb.

Hələlik nə Qalkin, nə də həyat yoldaşı Alla Puqaçova hadisə ilə bağlı şərh verməyiblər.

Seçilən
12
22
teleqraf.com

10Mənbələr