ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlik maliyyə texnologiyaları, kriptovalyuta və ofşor əməliyyatları ilə bağlı İrandan olan 11 şirkət və 7 fiziki şəxsə sanksiya tətbiq edib.
İran şirkətləri və şəxsləri ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına salınıb. Məhdudiyyətlərin bir hissəsi olaraq, onların ABŞ yurisdiksiyası altında olan aktivləri bloklanacaq və ABŞ fiziki və hüquqi şəxsləri ilə əməkdaşlıq qadağan ediləcək.