AZ

Ərdoğan: "Afrika XXI əsrin parlaq ulduzudur"

Qlobal proseslərdə iştirak etməyə can atan heç bir dövlətin Afrika ölkələri ilə münasibətlərə etinasızlıq göstərməyə haqqı yoxdur. Bu gün planetin ikinci ən böyük qitəsi gənc əhalinin yüksək səviyyəsinə və istifadə edilməmiş potensiala malikdir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Seneqalın Baş naziri Usman Sonko ilə birgə mətbuat konfransında deyib.

Türkiyə Prezidenti dinamik inkişaf edən Afrikanı “XXI əsrin parlaq ulduzu” adlandırıb.

Ərdoğan əmin edib ki, Ankaranın Afrika dövlətləri ilə tərəfdaşlığını tənqid edən düşmənlərin hiylələrinə baxmayaraq, Türkiyə Afrika ilə qardaşlıq əlaqələrini daha da gücləndirməkdə qərarlıdır.

Dövlət başçısı müxtəlif Afrika ölkələri ilə, o cümlədən müdafiə sektorunda uğurlu əməkdaşlığa diqqət çəkib. “Sevindirici haldır ki, Afrika ölkələri Türkiyənin hərbi sənaye kompleksinin məhsullarına daha çox maraq göstərir”, - deyə Ərdoğan söyləyib.

Seçilən
25
6
publika.az

8Mənbələr