Kambocanın Baş naziri Hun Manet Nobel Sülh Komitəsinə məktub göndərərək, ABŞ Prezidenti Donald Trampın xidmətlərini sülh mükafatı ilə qeyd etməyi təklif edib.
Oxu.Az bu barədə Kamboca Mətbuat Agentliyinə istinadla xəbər verir.
"Kamboca Krallığının baş naziri olaraq, dünyada sülhün möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə ABŞ-nin 45-ci və 47-ci Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini rəsmi olaraq irəli sürmək şərəfinə malikəm", - deyə o vurğulayıb.
Baş nazir Kamboca və Tailand arasındakı sərhəddə sülh və sabitliyin bərpasında həlledici roluna görə Trampa səmimi minnətdarlığını bildirib.