AZ

Caliber: Tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması baş tutacaq

Tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması baş tutacaq

“Caliber”in etibarlı mənbələrə istinadla yaydığı məlumata görə, yaxın vaxtlarda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanacaq.

Bu, iki ölkənin bütün razılaşdırılmış müddəalar üzrə konsensusa gəldiyini və sənədin məzmunu ilə rəsmi şəkildə razılaşdıqlarını göstərir.

Paraflaşdırma yekun imzalanma anlamına gəlməsə də, diplomatik praktika baxımından bu, razılaşmanın mətn baxımından tam hazır olduğunu və tərəflərin növbəti mərhələyə keçməyə hazır olduğunu təsdiqləyir.

Məlumata əsasən, sazişin rəsmi imzalanması isə Ermənistan tərəfindən 2026-cı ildə keçirilməsi planlaşdırılan konstitusiya referendumundan sonra baş tuta bilər.

Bu referendum Ermənistanın konstitusiyasında dəyişikliklər edilməsinə həsr olunacaq.

Seçilən
14
operativmedia.az

1Mənbələr