AZ

Dövlət Departamenti ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətini təsdiqləməyib

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott avqustun 8-də rəsmi Vaşinqtonun Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətini nə təsdiq, nə də təkzib edib.

“Report” xəbər verir ki, Piqott bu barədə brifinqdə müvafiq sualı cavablandırarkən bildirib.

"Burada çoxlu fərziyyələr var. Mən bu barədə spekulyasiya etmək fikrində deyiləm", - o deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyulun 14-də Rusiya-Ukrayna müharibəsi ilə bağlı razılığa gəlmək üçün rəsmi Moskvaya 50 gün vaxt verib. Ağ Ev iyulun 29-da həmin müddətin 10 günə endirildiyini bildirib.

ABŞ-nin BMT-dəki müvəqqəti işlər vəkili Con Kelli iyulun 31-də bildirib ki, Tramp Rusiya və Ukraynanın avqustun 8-dək sülh yolu ilə nizamlanmaya dair razılığa gəlməli olduqlarını hesab edir.

Xatırladaq ki, ötən gün Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşüb.

Seçilən
135
5
report.az

9Mənbələr