Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə 10 qarşılaşma baş tutub.
Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri – PAOK və “Volfsberger” komandaları da bu gün ilk oyunlarına çıxıblar. “Tumba” stadionunda keçirilmiş ilk oyunda hesab açılmayıb. İki görüşün nəticəsinə əsasən uduzan tərəf “Araz-Naxçıvan” – “Omoniya” (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk matçda Bakıda “Omoniya”ya 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, Avroliqanın 3-cü raundunun cavab görüşləri gələn həftə keçiriləcək.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
7 avqust
Fredrikstad (Norveç) – Midtyulland (Danimarka) 1:3
Linkoln (Cəbəllüttariq) – Noa (Ermənistan) 1:1
AEK (Larnaka, Kipr) – Legiya (Polşa) 4:1
ÇFR (Kluj, Polşa) – Braqa (Portuqaliya) 1:2
Hakken (İsveç) – Brann (Norveç) 0:2
PAOK (Yunanıstan) – Volfsberger (Avstriya) 0:0
Panatinaikos (Yunanıstan) – Şaxtyor (Donetsk, Ukrayna) 0:0
Zrinski (Bosniya və Herseqovina) – Breydablik (İslandiya) 1:1
Styaua (Rumıniya) – Drita (Kosovo) 3:2
Servett (İsveçrə) – Utrext (Niderland) 1:3